İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. Leqal Xəbər Prezident.az-a istinadəntəbrik mətnini təqdim edir: "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi

7 baxış 3 dəq

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyeva Zəfər Günü münasibətilə təbrik ünvanlayıb.

Leqal Xəbər Prezident.az-a istinadəntəbrik mətnini təqdim edir:

"Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı mübarizənin rəmzinə çevrilmişdir. Bu qürurverici gün münasibətilə sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz tarixi Qələbəyə görə böyük ehtiramımızı və sonsuz minnətdarlığımızı bildiririk.

Müzəffər Ali Baş Komandan kimi xalqımıza qazandırdığınız şanlı Zəfər milli iradənin təntənəsi, haqq mübarizəsinin ən uca zirvəsi və ədalət hissinin reallığa çevrilməsidir. 44 günlük Vətən müharibəsi ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın üz-üzə gəldiyi sınaq meydanında Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi kimi daim xalqımızın qəlbində yaşayacaqdır.

Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış, həyata keçirilən bərpa və quruculuq işləri xalqımızın qurub-yaratmaq əzminin əyani ifadəsidir. Qısa müddətdə inşa edilən yaşayış məntəqələri, yollar, hava limanları, digər sosial və infrastruktur layihələri öz gücünə arxalanan müstəqil Azərbaycanın inkişaf modelinin bariz nümunəsi, həmçinin müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş məramının təcəssümüdür.

Azərbaycan xalqının əsrlər boyu yaratdığı və işğal illərində dağıdılmış mədəni irsinin, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günləri ənənəsinin bərpası bir daha təsdiqləyir ki, qazandığımız Qələbə, eyni zamanda yüksək mədəniyyətin, sarsılmaz ruhun və mənəviyyatın Zəfəridir. Mühüm mədəniyyət hadisəsi olan bu proseslər tarixi yaddaşa söykənən qalib milli kimliyin ifadəsi, dövlətçilik ideallarının mədəni kodlarda inikası və dövlətin milli-mənəvi dəyərlərə verdiyi xüsusi əhəmiyyətin təzahürüdür. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına, dünya miqyasında təbliğinə və beynəlxalq mədəni münasibətlər sistemində layiqincə təmsil olunmasına yönəlmiş işlərə verdiyiniz dəstəyə, daim göstərdiyiniz qayğı və diqqətə görə sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, sizi bir daha bu əlamətdar və tarixi gündə ölkəmizin mədəniyyət ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın firavanlığı və rifahı, dövlətimizin qüdrətlənməsi və tərəqqisi naminə ali və şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirik.

Xəbəri paylaş Dostlarınıza göndərin