İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Dünya enerji bazarlarında neftin bahalaşması fonunda Azərbaycanın əsas ixrac nefti olan “Azeri Light” markasının qiymətində də növbəti artım qeydə alınıb. Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,5 ABŞ dolları və ya 4,6 faiz artaraq 124,76 ABŞ

5 baxış 3 dəq

Dünya enerji bazarlarında neftin bahalaşması fonunda Azərbaycanın əsas ixrac nefti olan “Azeri Light” markasının qiymətində də növbəti artım qeydə alınıb.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,5 ABŞ dolları və ya 4,6 faiz artaraq 124,76 ABŞ dollarına yüksəlib. Əvvəlki ticarət əməliyyatları zamanı Azərbaycan neftinin bir bareli 119,26 ABŞ dollarına satılırdı.

Beləliklə, “Azeri Light”ın qiyməti son dövrlərin ən yüksək göstəricilərindən birinə çataraq 125 dollar həddinə yaxınlaşıb. Neft bazarındakı artım qlobal enerji daşıyıcılarına olan tələbatın yüksəlməsi, beynəlxalq bazarlarda təkliflə bağlı qeyri-müəyyənliklər və geosiyasi amillərlə əlaqələndirilir.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan neft gəlirləri dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət isə büdcədə nəzərdə tutulan göstəricidən təxminən iki dəfə yüksəkdir.

İqtisadçılar bildirirlər ki, neft qiymətlərinin yüksək səviyyədə qalması Azərbaycanın ixrac gəlirlərinin və valyuta daxilolmalarının artmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, qlobal bazarlarda qiymətlərin dəyişkənliyi səbəbindən uzunmüddətli perspektivdə ehtiyatlı yanaşmanın vacib olduğu vurğulanır.

Xatırladaq ki, “Azeri Light” markalı neft keyfiyyət göstəricilərinə görə dünya bazarında premium neft növlərindən biri hesab olunur və adətən Brent markalı neftdən daha yüksək qiymətə satılır.

Xəbəri paylaş Dostlarınıza göndərin