İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan Prezidenti ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

LEQAL XƏBƏR verir ki, dövlət başçısı Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin əməkdaşlıq və qarşılıqlı etimad əsasında uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə

5 baxış 3 dəq


LEQAL XƏBƏR verir ki, dövlət başçısı Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin əməkdaşlıq və qarşılıqlı etimad əsasında uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, həm ölkələrimiz, həm də region üçün mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladaraq, həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu qeyd edərək, onun Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsində xüsusi rol oynadığını bildirib.

Senator Stiv Deyns isə son dövrlərdə Azərbaycan-ABŞ münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, Prezident İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona səfərini əlamətdar hadisə kimi qiymətləndirib.

O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi baxımdan mühüm rol oynadığını vurğulayıb və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi liderliyə görə dövlət başçısına təşəkkür edib.

Görüşdə TRIPP dəhlizinin regional nəqliyyat əlaqələrinin inkişafındakı rolu, Azərbaycanla ABŞ Senatı arasında dialoqun genişləndirilməsi və tərəfdaşlığın perspektivləri də müzakirə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin