Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev bildirib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır. O qeyd edib ki, ötən il 10 milyard ABŞ dollarından çox investisiya sazişi imzalanıb və bunun 7 milyard dollardan çoxu qeyri-neft sektoruna aiddir. Prezident gözlədiyini bildirib ki, Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə əhəmiyyətli investisiya layihələrinə start veriləcək.