İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. LEQAL XƏBƏR verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı iyulun 5-də Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a

7 baxış 3 dəq

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

LEQAL XƏBƏR verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iyulun 5-də Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilib və rəsmi nota təqdim olunub.

Qeyd edilib ki, bu, SOCAR obyektlərinə qarşı ilk hücum deyil. Bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessadakı neft bazası daxil olmaqla, şirkətə məxsus obyektlər hərbi zərbələrə məruz qalıb. Hücumlar nəticəsində əhəmiyyətli maddi ziyan dəyib, şirkətin əməkdaşları arasında yaralananlar olub.

XİN vurğulayıb ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu cür halların davam etməsi hücumların məqsədyönlü xarakter daşıdığına işarə edir.

Görüşdə həmçinin Kiyevdəki Azərbaycan səfirliyi və Xarkovdakı fəxri konsulluğun binalarına ziyan dəyməsi ilə nəticələnən hava zərbələri də gündəmə gətirilib. Diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığına dair Vyana konvensiyalarından irəli gələn öhdəliklərə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Azərbaycan tərəfi Rusiya Federasiyasını qeyd olunan bütün faktlarla bağlı hərtərəfli araşdırma aparmağa, baş vermiş hadisələrə dair rəsmi izahat verməyə, həmçinin mülki obyektlərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

Xəbəri paylaş Dostlarınıza göndərin