Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib.
İlk hamiləliyini yaşayan 20 yaşlı qadın üzərində aparılıb.
Hamiləlik dövründə arterial təzyiqinin dəfələrlə 170-180 mm civə sütununa qədər yüksəlməsi səbəbindən ultrasəs müayinəsindən keçirilən pasiyentin sağ böyrəküstü vəzisində 8 santimetr ölçüsündə törəmə aşkarlanıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən xəstənin instrumental və laborator müayinələri nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib.
Azərbaycan tibb tarixində ilk - 19 həftəlik hamilə qadın əməliyyat olundu
Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib. İlk hamiləliyini yaşayan 20 yaşlı qadın üzərində
9 baxış
3 dəq