LEQAL XƏBƏR məlumat verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi barəsində Azərbaycanda cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib.
Baş Prokurorluğun məlumatına görə, sosial şəbəkələrdə hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı qeyd olunan məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış paylaşımların yayıldığı müəyyən edilib.
Toplanmış materiallar əsasında oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hazırda onun və digər şəxslərin əməllərinin araşdırılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilir. İbtidai istintaq davam etdirilir.
#azərbaycan #jurnalist #başprokurorluq
AZƏRBAYCAN TÜRKİYƏLİ JURNALİSTİ BEYNƏLXALQ AXTARIŞA VERDİ
LEQAL XƏBƏR məlumat verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi barəsində Azərbaycanda cinayət işi başlanıb və o, beynəlxalq axtarışa verilib. Baş Prokurorluğun məlumatına görə, sosial şəbəkələrdə hakimiyyətin zorla ələ
9 baxış
3 dəq
