İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı" imzalanıb. Leqal Xəbər bildirir ki, bu barədə Fövqəladə

7 baxış 3 dəq

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı" imzalanıb.

Leqal Xəbər bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.

Bildirilib ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

Kəmaləddin Heydərov Azərbaycanla Rusiya arasındakı çoxşaxəli münasibətlərin yüksələn xətlə inkişafına toxunaraq bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq, operativ informasiya mübadiləsi və digər istiqamətlərdə uğurlu əməkdaşlıqdan danışan nazir, bu səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Bu mənada görüş çərçivəsində imzalanan Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Aleksandr Kurenkov Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, Azərbaycan və Rusiya arasında olan sıx əməkdaşlıq və qarşılıqlı etimad çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, səfər əsnasında aparılan danışıqların və fikir mübadiləsinin, habelə imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Aleksandr Kurenkov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycana səfərə gəlib.

Xəbəri paylaş Dostlarınıza göndərin