İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb

Azərbaycan və Türkiyə işğaldan azad edilmiş Cəbrayıl rayonunda Beynəlxalq Meşə Təlim Mərkəzi və tinglik sahəsi yaradıb. Report-a istinad edən Leqal Xəbər-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalyada COP31

8 baxış 3 dəq
Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb

Azərbaycan və Türkiyə işğaldan azad edilmiş Cəbrayıl rayonunda Beynəlxalq Meşə Təlim Mərkəzi və tinglik sahəsi yaradıb.

Report-a istinad edən Leqal Xəbər-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalyada COP31 çərçivəsində keçirilən "İnteqrasiya olunmuş Yanğın İdarəçiliyi və Meşə Yanğınlarına Davamlılıq üçün Texnologiya və İnnovasiyalar üzrə Yüksək Səviyyəli Dialoq"da bildirib.

Onun sözlərinə görə, Cəbrayılda 40 hektar ərazidə salınan bu Mərkəz ildə 2 milyon ting yetişdirmək və 400 meşəçilik mütəxəssisi hazırlamaq potensialına malikdir. Mətkəzdə həmçinin Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropadan olan mütəxəssislər üçün də təlimlərin keçirilməsi nəzərdə tutulur.

M.Babayev Türkiyə hökumətinə və kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklıya İnteqrasiya olunmuş Yanğın İdarəçiliyi və Meşə Yanğınlarına Davamlılıq üzrə Antalya Fəaliyyət Planının irəli sürülməsindəki təşəbbüslərinə görə təşəkkür edib.

COP29-un Prezidenti meşə yanğınlarının iqlim dəyişikliyi, biomüxtəliflik və su təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını vurğulayıb. Qeyd edib ki, hər il dünyada təxminən 127 milyon hektar meşə sahəsi yanğınlardan zərər görür, 2024–2025-ci illərin yanğın mövsümündə isə dünyada 100 milyondan çox insan bu fəlakətin təsirinə məruz qalıb.

M.Babayev bildirib ki, peyk monitorinqi, süni intellekt, dronlar və qabaqcıl proqnozlaşdırma sistemləri yanğın risklərinin erkən aşkarlanmasında mühüm rol oynaya bilər. Bununla yanaşı, texnoloji imkanlar peşəkar kadr hazırlığı, institusional potensial və beynəlxalq əməkdaşlıqla tamamlanmalıdır.

O qeyd edib ki, Antalya Fəaliyyət Planı meşələrin qorunması, yanğınların qarşısının alınması, zərər görmüş ekosistemlərin bərpası və dayanıqlı meşə idarəçiliyinin inkişafı istiqamətində konkret addımların atılmasına imkan yaradır.

Xəbəri paylaş Dostlarınıza göndərin