İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

AZƏRBAYCANA AŞAĞIBÜDCƏLİ AVİAŞİRKƏTLƏR CƏLB EDİLƏCƏK

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda aviabiletlərin daha əlçatan olması və hava nəqliyyatı imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək. Məlumata görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda aviabiletlərin daha əlçatan olması və hava nəqliyyatı imkanlarının genişləndirilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Məlumata görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqram çərçivəsində hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuşların tezliyinin artırılması və aviabilet qiymətlərinin daha əlçatan olması üçün təşviq tədbirlərinin görülməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi və uçuş intensivliyinin artırılması planlaşdırılır.

Regional hava limanlarının potensialından daha səmərəli istifadə məqsədilə həmin aeroportlara yeni beynəlxalq uçuşların cəlb edilməsi, eləcə də aşağıbüdcəli aviaşirkətlərin fəaliyyətə cəlb olunmasının təşviq edilməsi nəzərdə tutulub.

Görüləcək tədbirlərin əsas məqsədlərindən biri hava nəqliyyatında rəqabəti və əlçatanlığı artırmaq, həmçinin Azərbaycanda turizmin inkişafına əlavə imkanlar yaratmaqdır.

Xəbəri paylaş Dostlarınıza göndərin