İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycana qarşı paylaşımlarla gündəmə gələn Ahmet Sapa saxlanıldı

Türkiyədə sosial şəbəkələrdəki paylaşımlarına görə üç nəfər barəsində hüquqi tədbirlər görülüb. Leqal Xəbər bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, "Köklü Değişim Medya"nın Hatay təmsilçisi Ahmet Sapa saxlanılıb. Təşkilatın İstanbul təmsilçisi Muhammet Emin

11 baxış 3 dəq

Türkiyədə sosial şəbəkələrdəki paylaşımlarına görə üç nəfər barəsində hüquqi tədbirlər görülüb.

Leqal Xəbər bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, "Köklü Değişim Medya"nın Hatay təmsilçisi Ahmet Sapa saxlanılıb. Təşkilatın İstanbul təmsilçisi Muhammet Emin Yıldırım saxlanıldıqdan sonra sərbəst buraxılıb. Fəal Fatih Erşahin isə Ankara Polis İdarəsinə ifadə verməyə çağırılıb.

Muhammet Emin Yıldırım oktyabrın 26-da axşam saatlarında Azərbaycanla bağlı sosial şəbəkə paylaşımlarına görə saxlanılıb. Oktyabrın 27-də ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

"Köklü Değişim Medya"nın Hatay təmsilçisi Ahmet Sapa da oktyabrın 27-də səhər saatlarında evindən aparılaraq saxlanılıb. Onun barəsində görülən tədbirin də sosial şəbəkə paylaşımları ilə əlaqəli olduğu bildirilir.

Fatih Erşahin isə oktyabrın 26-da gecə saatlarında Ankara Polis İdarəsinə ifadə verməyə çağırılıb. O, müvafiq prosedurlardan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ahmet Sapanın Azərbaycana qarşı qarayaxma kampaniyalarında iştirak etdiyi bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin