Leqal xəbər məlumat verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 15-dən etibarən yenilənmiş 100 manatlıq pul nişanını dövriyyəyə buraxacaq. Məlumata görə, yeni 100 manatlıq əsginas müasir beynəlxalq standartlara uyğun olaraq saxtakarlığa qarşı daha güclü mühafizə elementləri ilə təkmilləşdirilib. Onların arasında:
rəngi dəyişən üçölçülü holoqram
“Spark Flow Prime” adlı dinamik vizual element
su nişanı və mikromətnlər
şaquli dizayn
görmə məhdudiyyəti olanlar üçün qabarıq tanıma işarələri
Yeni əsginasda həmçinin AMB sədri Taleh Kazımovun imzası yer alır. Qeyd olunur ki, bu pul nişanı köhnə 100 manatla paralel şəkildə dövriyyədə olacaq və hər iki versiya qanuni ödəniş vasitəsi kimi istifadə ediləcək.
Azərbaycanda 100 manatlıq əsginas yenilənir və iyulun 15-dən tədavülə buraxılır
Leqal xəbər məlumat verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 15-dən etibarən yenilənmiş 100 manatlıq pul nişanını dövriyyəyə buraxacaq. Məlumata görə, yeni 100 manatlıq əsginas müasir beynəlxalq standartlara uyğun olaraq saxtakarlığa qarşı daha güclü mühafizə elementləri ilə
8 baxış
3 dəq
