İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Leqal Xəbər məlumat verir ki, bu məsələ noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə

6 baxış 3 dəq
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq

Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Leqal Xəbər məlumat verir ki, bu məsələ noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunub.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələlərinə baxılıb.

Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi planlaşdırılır.

Bundan əlavə, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı sahəsində yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.

Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.

Xəbəri paylaş Dostlarınıza göndərin