İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?

8 baxış 3 dəq

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər.

Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə istisna hallarda imkan verir.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"na əsasən payız-qış mövsümü Qaydalarda göstərilən ərazilərdə 1 noyabr-1 may, Bakı şəhəri və respublikanın digər ərazilərində isə 15 noyabr-15 aprel tarixlərini əhatə edir.

Mövsümün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəmizdə, kütləvi informasiya vasitələrində (KİV), habelə yaşayış binalarının girişlərində elanlar vurulmaqla məlumat verilir.

Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə istisna hallarda imkan verir. Mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.

Qaydalara əsasən, 1 noyabr-1 may tarixləri aşağıdakı ərazilər üçün nəzərdə tutulur: Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala".

Elvin Basqallı əlavə edib ki, Qarabağda mərkəzi qazanxanalara qoşulmuş binaların bir hissəsinə digər qurumlar xidmət göstərir:

"Azəristiliktəchizat" ASC-nin Şuşadakı fəaliyyəti çərçivəsində 7 qazanxana yaradılıb. Müxtəlif təyinatlı 16 binanın istilik və isti su təchizatı üçün məhəllədaxili və binadaxili sistemlər qurulub".

O, qazanxanaların istilik mövsümünə hazır olub-olmamasına da aydınlıq gətirib:

"Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlığa dair işləri yekunlaşdırmaq üzrədir. Hazırlıq çərçivəsində təxminən 966 km istilik xətti su təzyiqi altında sınaqdan keçirilib, 11 km xətt isə yenilənib. Qazanlar, nasoslar və digər əsas avadanlıqlar təmir olunub, bir sıra avadanlıqlar yenilənib. Qaz xətləri və təhlükəsizlik avadanlıqları da yoxlanılıb.

Bu işlərin məqsədi nasazlıqları mövsüm başlamazdan əvvəl aşkar edib aradan qaldırmaq, qış aylarında istilik təchizatında fasilə riskini azaltmaqdır".

Xəbəri paylaş Dostlarınıza göndərin