İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycanda son on ayda 164 mindən çox şəxs işlə təmin edilib

Azərbaycanda son on ay ərzində 164 mindən çox şəxs işlə təmin edilib. Leqal Xəbər Report-a əsasən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Milli Məşğulluq Forumu"nda deyib. O, çıxışında əmək bazarında hər dəyişikliyin həyat imkanlarına

7 baxış 3 dəq
Azərbaycanda son on ayda 164 mindən çox şəxs işlə təmin edilib

Azərbaycanda son on ay ərzində 164 mindən çox şəxs işlə təmin edilib.

Leqal Xəbər Report-a əsasən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Milli Məşğulluq Forumu"nda deyib.

O, çıxışında əmək bazarında hər dəyişikliyin həyat imkanlarına təsir etdiyini vurğulayıb.

Nazir müavini bildirib ki, texnologiya yeni imkanlar yaratsa da, bu imkanları reallığa çevirən isə insanın təşəbbüsüdür:

"Əmək bazarında dəyişiklik gündəlik həyatda öz təsirini göstərməyə başlayıb. Bu proses hər bir ölkədə insan kapitalını bu istiqamətə uyğunlaşdırmaq məsuliyyəti qoyur. Araşdırmalar göstərir ki, dünyada hər 4 iş yerindən biri süni intellektin təsirinə məruz qala bilər".

O qeyd edib ki, dünya İqtisadi Forumunun proqnozuna əsasən, 2030-cu ilə qədər işçilərin mövcud bacarıqlarının orta hesabla 39%-i dəyişəcək və ya köhnələcək.

R. Mustafayev əlavə edib ki, Azərbaycanda insan kapitalının inkişafı mühüm yer tutur:

"Məşğulluq siyasəti də buna xidmət edir. Qarşımızda əmək bazarına uyğun məşğulluğun inkişafı, daha çevik xidmətlərin qurulması imkanları dayanır".

Nazir müavini həmçinin qeyd edib ki, cari il ərzində 6600 dən çox şəxs özünəməşğulluq proqramına cəlb olunub.

R.Mustafayev regionların potensialına uyğun iş yerlərinin yaradılması, formal əmək münasibətlərinin genişləndirilməsi və layiqli əmək şəraitinin təşviqinin prioritetlərdən biri oldğunu bildirib:

"​Bu baxımdan, Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlər xüsusi əhəmiyyət daşıyır. ​Doğma yurdlarına qayıdan sakinlərin işlə təmin olunması və sahibkarlığın cəlb edilməsi həm əhalinin rifahının yüksəldilməsinə, həm də həmin ərazilərdə iqtisadi həyatın canlanmasına və məşğulluğun dayanıqlığına xidmət edir".

Xəbəri paylaş Dostlarınıza göndərin