İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Leqal Xəbər məlumat verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən

9 baxış 3 dəq
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Leqal Xəbər məlumat verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

"Milliön" terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya "MyGov" vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi "Birbank" tətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

  1. Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.
  2. Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.
  3. Seçiminizi etdikdən dərhal sonra terminalda QR-kod əks olunacaq.
  4. Telefonunuzda müvafiq tətbiqi açın və QR-kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.
  5. Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Vacib qeyd: 500 AZN-dən yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olduğundan əmin olun.

Xəbəri paylaş Dostlarınıza göndərin