İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Azərbaycanlı futbol şərhçisi: "Rəhbərlikdən xahiş edəcəyəm ki, məni "Mançester Yunayted"in oyunlarına yazmasınlar"

Azərbaycan Dövlət Televiziyasının (AzTV) idman şərhçisi Tərlan Şahinoğlu İngiltərə Premyer Liqası çərçivəsində keçirilən "Mançester Yunayted" - "Aston Villa" matçını şərh edərkən maraqlı açıqlamaları ilə diqqət çəkib. Leqal Xəbər məlumat verir ki, şərhçi "qırmızı

8 baxış 3 dəq
Azərbaycanlı futbol şərhçisi: "Rəhbərlikdən xahiş edəcəyəm ki, məni "Mançester Yunayted"in oyunlarına yazmasınlar"

Azərbaycan Dövlət Televiziyasının (AzTV) idman şərhçisi Tərlan Şahinoğlu İngiltərə Premyer Liqası çərçivəsində keçirilən "Mançester Yunayted" - "Aston Villa" matçını şərh edərkən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Leqal Xəbər məlumat verir ki, şərhçi "qırmızı şeytanlar"ın uğursuz çıxışlarını əsas gətirərək bir daha "Mançester Yunayted"in oyunlarını şərh etmək istəmədiyini bildirib.

"Mən artıq yorulmuşam. Etiraf edim ki, artıq "Mançester Yunayted"in oyunlarını şərh etmək istəmirəm və çox güman ki, bundan sonra da şərh etməyəcəyəm. Rəhbərlikdən də xahiş edəcəyəm ki, məni bu klubun oyunlarına təyin etməsinlər. Nə qədər ki, vəziyyət bu cürdür, mən bu komandanın oyunlarını şərh etmək istəmirəm", - deyə o, matçın gedişində bildirib.

Qeyd edək ki, "Aston Villa" ilə qarşılaşmada 2:4 hesabı ilə geridə olan "qırmızı şeytanlar" yalnız son dəqiqələrdə vurduqları iki qolla məğlubiyyətdən xilas ola biliblər.

"Mançester Yunayted" 10 turdan sonra 8 xal toplayaraq 20 komandanın mübarizə apardığı Premyer Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş Dostlarınıza göndərin