Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb.
LEQAL XƏBƏR məlumat verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə Finlandiya təmsilçisi Matias Arpiaynenə 8:0 hesabı ilə qalib gəlib.
Axşam seansında isə ekvadorlu Klizman Velisini minimal fərqlə - 2:1 hesabı ilə məğlub edən Tural Əhmədov bürünc medal qazanıb.
Cavidan Nehmətov (77 kq) isə final görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla qarşılaşıb. İlk xal prinsipinə əsasən rəqibinə 1:1 hesabı ilə məğlub olan güləşçi gümüş medalla kifayətlənib.![]()
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb. LEQAL XƏBƏR məlumat verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Tural Əhmədov
7 baxış
3 dəq