İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bağçalıdan Azərbaycan mesajı: "Münasibətlərimiz köklü və dərindir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirlərini bölüşüb. Leqal Xəbər "Haber7"yə istinadən bildirir ki, Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü, türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümü və

7 baxış 3 dəq

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı fikirlərini bölüşüb.

Leqal Xəbər "Haber7"yə istinadən bildirir ki, Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü, türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək sammiti münasibətilə yazılı açıqlama verib.

O, Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü, türk respublikalarının müstəqillik əldə etmələrinin isə 35-ci ildönümünü təbrik edib.

"Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər qədim, siyasi və diplomatik məsələləri aşan tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki xalqın iradəsi ilə güclənib, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb", - deyə MHP sədri bildirib.

O qeyd edib ki, heç bir anlaşılmazlığın böyüdülməsinə, fikir ayrılıqlarının qalıcı parçalanmaya çevrilməsinə və tərəflər arasında nifaq toxumlarının səpilməsinə imkan verilməməlidir.

Xəbəri paylaş Dostlarınıza göndərin