İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakı-Qazax yolunda olan körpü niyə sökülür?

M2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb. Leqal Xəbər bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat

8 baxış 3 dəq
Bakı-Qazax yolunda olan körpü niyə sökülür?

M2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.

Leqal Xəbər bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür. Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.

Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan-Güzdək avtomobil yolunun 2.2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.

Görülən işlərin əsas məqsədi mövcud yol infrastrukturunun etibarlılığını artırmaq, hərəkət təhlükəsizliyini gücləndirmək və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etməkdir.

Xəbəri paylaş Dostlarınıza göndərin