İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. Leqal Xəbər Modern.az-a istinadən məlumat verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi olan 16 yaşlı Şakir Nəcəfov (şərti ad) marketin

9 baxış 3 dəq
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib.

Leqal Xəbər Modern.az-a istinadən məlumat verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb.

İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi olan 16 yaşlı Şakir Nəcəfov (şərti ad) marketin ikinci mərtəbəsində yerləşən müdir otağına daxil olub. Daha sonra otağın küncündəki qapıdan seyfin yerləşdiyi hissəyə keçib. O, müdir otağındakı şkafdan açarı götürərək seyfdən ümumilikdə 1 492 manat pul oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Tam eşitmə məhdudiyyəti olan 16 yaşlı Şakir Nəcəfov ifadəsində bildirib ki, valideynləri onu və kiçik bacısını körpəliklərindən tərk etdikləri üçün onlar nənələrinin himayəsində böyüyüblər.

Onun sözlərinə görə, Binə qəsəbəsinə yaşadığı Binəqədi qəsəbəsindən gəlib. Şakir marketin otaqları və seyfin yeri barədə əvvəlcədən məlumatının olmadığını, həmçinin bu işdə ona heç kimin kömək etmədiyini bildirib.

O, oğurladığı pulun 5 manatına özünə dönər aldığını, qalan məbləği isə hara xərclədiyini xatırlamadığını deyib.

Zərərçəkmiş MMC-nin nümayəndəsi bildirib ki, dəymiş ziyanın 62 manatı ödənilib. O, Şakirin fiziki məhdudiyyətini və ailə vəziyyətini nəzərə alaraq şikayətçi olmadığını qeyd edib.

Məhkəmə təqsirləndirilən şəxsin fiziki məhdudiyyətini, ailə vəziyyətini, zərərçəkmiş tərəfin şikayətçi olmamasını, eləcə də ilk dəfə cinayət törətməsini yüngülləşdirici hallar kimi nəzərə alıb.

Yekun qərara əsasən, Ş.Nəcəfov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin