İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda arıçılıq məhsullarının 26-cı yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Leqal Xəbər bildirir ki, 20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı

9 baxış 3 dəq

Bakıda arıçılıq məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Leqal Xəbər bildirir ki,

20 noyabr-3 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası baş tutacaq. Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında təşkil olunacaq bal yarmarkasında növbəlilik əsasında ilk olaraq qeydiyyatdan keçmiş, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-cı il sentyabr ayının 1-dək, ən azı 40 arı ailəsinə malik təsərrüfatlarını bəyan etmiş 274 arıçı fermer iştirak edəcək.

Arıçılıq məhsullarının qəbulu 4-15 noyabr tarixlərində həyata keçiriləcək. Bu müddətdə bal nümunələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yerində götürüləcək və laborator müayinədən keçiriləcək. Qeyd edək ki, Bal Yarmarkasında yalnız keyfiyyət standartlarına cavab verən məhsullar satışa buraxılacaq.

Yarmarkada iştirak ödənişsizdir və hər bir arıçı yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30 ədəd arı şanı satışa çıxara biləcək. Arıçılar satış yeri, zəruri ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.

Xəbəri paylaş Dostlarınıza göndərin