İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək?

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır. Leqal Xəbər "Azad Azərbaycan" telekanalına istinadən məlumat verir ki, layihə çərçivəsində bir sıra küçə və prospektlərdə köhnə yaşayış binalarının yenilənməsi,

7 baxış 3 dəq

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır.

Leqal Xəbər "Azad Azərbaycan" telekanalına istinadən məlumat verir ki, layihə çərçivəsində bir sıra küçə və prospektlərdə köhnə yaşayış binalarının yenilənməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun həyata keçiriləcək yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, sakinlərə ödəniləcək kompensasiyanın məbləği ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə görə 2 000 - 2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.

Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan binaların əksəriyyəti yataqxanalardır. Binaların bir hissəsinin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılmış ərazilərdə parkların salınması planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin