İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda bəzi obyektlər söküləcək

Paytaxtın Suraxanı rayonunda söküləcək obyektlərin sahibləri kompensasiya və alternativ yer tələb edir. Leqal Xəbər "Real" TV-yə istinadən məlumat verir ki, rayon ərazisində aparılan söküntü işləri təkcə yaşayış evlərini deyil, qeyri-yaşayış obyektlərini də əhatə edir. Söküntü siyahısına

7 baxış 3 dəq

Paytaxtın Suraxanı rayonunda söküləcək obyektlərin sahibləri kompensasiya və alternativ yer tələb edir.

Leqal Xəbər "Real" TV-yə istinadən məlumat verir ki, rayon ərazisində aparılan söküntü işləri təkcə yaşayış evlərini deyil, qeyri-yaşayış obyektlərini də əhatə edir. Söküntü siyahısına düşən obyektlərin sahiblərinə əraziləri boşaltmaqla bağlı xəbərdarlıq edildiyi bildirilir.

Sahibkarların sözlərinə görə, onlara kompensasiya məsələsi ilə bağlı hələlik məlumat verilməyib. Onlar bildirirlər ki, söküləcək obyektlər uzun illərdir əsas gəlir mənbələridir və başqa ünvana köçmək biznesi yenidən qurmaq deməkdir.

Bəzi sahibkarlar obyektlərinin əvəzində kompensasiya, digərləri isə alternativ ərazidə yeni obyektlə təmin olunmalarını istəyirlər. Onların arasında uzun illərdir həmin ərazidə fəaliyyət göstərən, ailəsini bu işdən dolandıran şəxslər də var.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü məsələsi onların səlahiyyətlərinə aid deyil. İşlərin Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həyata keçirildiyi qeyd olunub.

Nazirlər Kabinetindən isə bildirilib ki, məsələ hazırda araşdırılır və müvafiq işlər aparılır. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin