Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

Bakıda stomatoloq arvadını döydü:

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Stomatoloji Poliklinikaların birində stomatoloq işləyən 41 yaşlı Çingiz Abutalıbov (şərti adla) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadının üzünə sillə vurub. Zərbənin

5 baxış 3 dəq

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Stomatoloji Poliklinikaların birində stomatoloq işləyən 41 yaşlı Çingiz Abutalıbov (şərti adla) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadının üzünə sillə vurub. Zərbənin təsirindən qadın yıxılaraq, paltar dolabına dəyib. Nəticədə o, bir sıra xəsarətlər alıb. Zərərçəkənin şikayəti əsasında Çingiz Abutalıbov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, ər-arvad arasında mübahisə pul üstündə yaranıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı əvvəlcə arvadına uşaqların yanında onun üzünə 3 dəfə tüpürüb və nalayiq ifadələrlə təhqir edib. Bundan sonra arvadını vurub. Qadın yenidən üzərinə gələndə isə əli ilə itələyərək “bəsdir, əl çək” deyib.

Ç. Abutalıbov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən qadın isə əri ilə barışmadığını və ona qanuni cəza verilməsini istədiyini bildirib.
Məhkəmənin qərarı ilə Ç. Abutalıbov 1000 manat miqdarında cərimələnib.

Mənbə: lent az

Xəbəri paylaş Dostlarınıza göndərin