İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb

Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisi açılıb. Leqal Xəbər məlumat verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Cəbrayıl Quliyev, Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanovun əsərləri təqdim olunur.

9 baxış 3 dəq
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb

Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisi açılıb.

Leqal Xəbər məlumat verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Cəbrayıl Quliyev, Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanovun əsərləri təqdim olunur. Sərgi noyabrın 21-dək davam edəcək.

Layihə bitki aləminin metaforası vasitəsilə miqrasiya, assimilyasiya və yeni vətən axtarışı mövzularını araşdırır. Dünyanın müxtəlif guşələrindən gətirilən bitkilərin yeni iqlimə uyğunlaşaraq nəbatat bağının ekosisteminə daxil olması insanların yad mühitdə özlərinə yer tapması ilə müqayisə edilir.

Sərginin konsepsiyasına görə, müharibələr, ticarət, sevgi, təhlükəsizlik və yeni imkanlar axtarışı insanları doğma yerlərini tərk etməyə sövq edib. Yeni mühitdə insanlar da bitkilər kimi uyğunlaşmaq, kimliklərini qorumaq və ətraf aləmlə münasibət qurmaq zərurəti ilə üzləşirlər.

"Torpaq" tamaşaçıları vətən və mənsubiyyət anlayışları, yad torpaqda kök salmağın mümkünlüyü, eləcə də insanın yeni mühitə uyğunlaşarkən nələri qoruyub saxladığı barədə düşünməyə dəvət edir.

Sərgi çərçivəsində tematik görüşlər də keçiriləcək. Oktyabrın 31-də saat 14:00-da Nərgiz Ramizqızı nano-tur, noyabrın 7-də Emin Mathers foto-tur, noyabrın 14-də isə Ramil Əliyev botanika turu təşkil edəcək. Proqram noyabrın 21-də saat 14:00-da Cəbrayıl Quliyevlə görüş və sərginin finissajı ilə başa çatacaq.

Qeyd edək ki, sərgiyə giriş sərbəstdir. Bakı Mərkəzi Nəbatat Bağının ərazisinə giriş haqqı 2 manatdır.

Xəbəri paylaş Dostlarınıza göndərin