Leqal xəbər bildirirki, İtaliya Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandıraraq diplomatik missiyanı Bakıya köçürüb. Bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən Tehrandakı səfirlik bağlanıb və səfirliyin əməkdaşları artıq Azərbaycan ərazisinə keçiblər. Bildirilib ki, səfirliyin rəhbərliyi ilə birlikdə təxminən 50 nəfərlik qrup Azərbaycan sərhədini keçərək Bakıya gəlib. Nazir qeyd edib ki, İtaliya İranda qalan vətəndaşlarının təhlükəsizliyi və milli maraqlarının qorunması üçün Tehranla diplomatik əlaqələri davam etdirəcək. Səfirliyin fəaliyyəti isə müvəqqəti olaraq Bakından həyata keçiriləcək. Daha əvvəl İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyə olunduğu bildirilmişdi.
Bakıdan Meloniyə centlimen jesti
Leqal xəbər bildirirki, İtaliya Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandıraraq diplomatik missiyanı Bakıya köçürüb. Bu barədə məlumatı İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani açıqlayıb. Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən Tehrandakı səfirlik
9 baxış
3 dəq