İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BAKI ALİ NEFT MƏKTƏBİNDƏ 10-CU MƏZUN GÜNÜ QEYD OLUNDU

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ali Neft Məktəbində (BANM) 10-cu Məzun Günü münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, ali məktəbdə qazandıqları bilik və

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakı Ali Neft Məktəbində (BANM) 10-cu Məzun Günü münasibətilə yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, ali məktəbdə qazandıqları bilik və bacarıqlar sayəsində məzunlar həyatlarının yeni mərhələsinə peşəkar kadr kimi qədəm qoyurlar.

Elmar Qasımov vurğulayıb ki, builki məzunların bir hissəsi artıq müxtəlif müəssisələrdə əmək fəaliyyətinə başlayıb, digər qismi isə dünyanın nüfuzlu universitetlərinə qəbul olunaraq təqaüd qazanıb. O, məzunların gələcəkdə Azərbaycanın inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva da çıxış edərək məzunları təbrik edib və BANM-in fəaliyyətə başladığı gündən peşəkar mütəxəssislər hazırlamaq missiyasını uğurla yerinə yetirdiyini qeyd edib.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru Botir Usmonov da çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Məzunlar adından Biznesin idarə edilməsi ixtisasının məzunu Maya Kərimova, əcnəbi tələbələr adından isə ikili diplom proqramının məzunları Elvira Maminova və Xilola Nurumbetova təəssüratlarını bölüşüblər.

Daha sonra 2026-cı ilin "İlin tələbəsi", İnformasiya təhlükəsizliyi ixtisasının məzunu Gülay Nəzərova adını Bakı Ali Neft Məktəbinin Fəxri kötüyünə həkk edib.

Tədbir məzunlara diplomların təqdim olunması və bədii proqramla davam edib.

Qeyd edək ki, bu il BANM-dən bakalavriat üzrə 218, magistratura üzrə isə 189 nəfər olmaqla ümumilikdə 407 tələbə məzun olur. Onlardan 59 bakalavr və 28 magistr fərqlənmə diplomuna layiq görülüb.

Bu il həmçinin Biznesin idarə edilməsi və Kompüter mühəndisliyi ixtisasları üzrə ilk məzun buraxılışı həyata keçirilib. Bundan əlavə, Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində 16 özbəkistanlı magistr da məzun olub.

2026-cı il buraxılışında Özbəkistan, Rusiya, Somali, Yəmən, Gürcüstan, Banqladeş və Qazaxıstandan olan ümumilikdə 23 xarici tələbə də məzunlar sırasında yer alıb.

Xəbəri paylaş Dostlarınıza göndərin