Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 4-nə keçən gecə, saat 01:00 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində qeydə alınıb.
Elmir Qismət oğlu Həsənovun idarə etdiyi “Opel” markalı avtomobil Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində “Opel”in sürücüsü Elmir Həsənov həyatını itirib.