LEQAL XƏBƏR məlumat verir ki, Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbindən Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il üçün planlaşdırılan Bakı–Naxçıvan–Bakı reysləri ləğv edilib.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrası bərpa olunacaq. Sərnişinlərin mümkün dəyişikliklərlə bağlı məlumatlandırılacağı qeyd edilib.