Bakının Nizami rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə əlaqədar olacaq.
Belə ki, 2 oktyabr saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında məhdudiyyət tətbiq ediləcək.
Qurum sakinlərdən su təminatında yaranacaq müvəqqəti fasiləni nəzərə almalarını xahiş edib.
Aparılacaq işlərin başa çatdırılmasından sonra suyun verilişinin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur.![]()