İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bakının dörd rayonu işıqsız qalacaq - Siyahı

Noyabrın 3-də paytaxtın Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Yasamalda Transformator Məntəqəsində (TM)

9 baxış 3 dəq

Noyabrın 3-də paytaxtın Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

Leqal Xəbər bildirir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələri və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Səbail rayonunda TM-də təmir işləri icra olunarkən Badamdar qəsəbəsi 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Binəqədidə 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq "Aşağı Sulutəpə" və "Xocəsən" hava xətlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 10:00-dan 17:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Xəzər rayonunda 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev, Məmməd Namazov küçələrinin bir sıra yerlərində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Xəbəri paylaş Dostlarınıza göndərin