LEQAL XƏBƏR məlumat verir ki, Balakən rayonunun Katex kəndində sel səbəbindən çayda köməksiz vəziyyətdə qalan bir nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.
Xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov təhlükəsiz şəkildə xilas edilib.![]()