İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Balıq növlərinin qanunsuz ovlanması ilə bağlı faktlar aşkarlanıb

Ovlanması qadağan olunan balıq növlərinin qanunsuz ovlanması ilə bağlı faktlar aşkarlanıb. Leqal Xəbər KTN-nin məlumatını təqdim edir. Məlumata görə, 2026-cı il 19 noyabr tarixində Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev Kənd

10 baxış 3 dəq
Balıq növlərinin qanunsuz ovlanması ilə bağlı faktlar aşkarlanıb

Ovlanması qadağan olunan balıq növlərinin qanunsuz ovlanması ilə bağlı faktlar aşkarlanıb. Leqal Xəbər KTN-nin məlumatını təqdim edir.

Məlumata görə, 2026-cı il 19 noyabr tarixində Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, DİN-in Su Nəqliyyatında Polis İdarəsi və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.

Nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.

Eyni zamanda 2026-cı il 19 noyabr tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində DSX-nin Sahil Mühafizə Xidməti və KTN-nin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən (gölündən) qanunsuz balıq ovlayan vətəndaşlar Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov saxlanılıb.

Belə ki, asma mühərrikli BH-3006 nömrəli taxta qayığa baxış zamanı Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 (ədəd) Rus nərəsi (Acipenser gueldenstaedtii) aşkar edilib. Asma mühərrikli BH-3014 nömrəli taxta qayığa baxış zamanı isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 (bir) ədəd Rus nərəsi (Acipenser gueldenstaedtii) müəyyən edilib. Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Bir daha xatırladırıq ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin