İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Baltik dənizində sabotaja görə Azərbaycan vətəndaşına 2 il 10 ay həbs cəzası verilib

Finlandiya məhkəməsi Baltik dənizində kabel sabotajına görə “Fitburg” gəmisinin rusiyalı kapitanı və gəminin azərbaycanlı üzvü barəsində qərar verib. Leqal Xəbər məlumat verir ki, “Euronews”un xəbərinə görə, yük gəmisinin kapitanı və Azərbaycan vətəndaşı Finlandiya ilə Estoniya arasında sualtı

8 baxış 3 dəq
Baltik dənizində sabotaja görə Azərbaycan vətəndaşına 2 il 10 ay həbs cəzası verilib

Finlandiya məhkəməsi Baltik dənizində kabel sabotajına görə “Fitburg” gəmisinin rusiyalı kapitanı və gəminin azərbaycanlı üzvü barəsində qərar verib.

Leqal Xəbər məlumat verir ki, “Euronews”un xəbərinə görə, yük gəmisinin kapitanı və Azərbaycan vətəndaşı Finlandiya ilə Estoniya arasında sualtı kabellərdən ikisini sabotaj etməkdə ittiham olunur.

Məhkəmənin qərarına əsasən, kapitan 3 il 6 ay, Azərbaycan vətəndaşı isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, məhkəmə hər iki şəxsin müştərək olaraq təxminən 1.9 milyon avro dəyərində təzminat ödəməli olduğu barədə hökm çıxarıb.

Qeyd edilib ki, 132 metr uzunluğunda olan “Fitburg” gəmisi 31 dekabr 2025-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərini tərk edib və İsrailin Hayfa limanına doğru hərəkət edirmiş. Bu zaman gəminin lövbərinin Finlandiya körfəzində telekommunikasiya kabellərinə ziyan verdiyi şübhəsi ilə gəmi saxlanılıb. Ümumilikdə 14 heyət üzvü arasında Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycandan olan şəxslər olub.

Gəmi kapitanının apellyasiya şikayəti verəcəyi bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin