İspaniyanın "Barselona" klubu Belçikanın "Brügge" komandasında çıxış edən 18 yaşlı futbolçu Cesse Bisivunun transferi ilə bağlı tam razılıq əldə edib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında razılaşma artıq yekunlaşıb və klublar hazırda tibbi müayinə mərhələsinə keçid üçün lazımi sənədlərin mübadiləsini həyata keçirirlər.
Məlumata görə, transferin dəyəri 8,5 milyon avro təşkil edəcək. Razılaşmaya əsasən, futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizi də "Brügge" klubuna ödəniləcək.
Qeyd edilib ki, gənc belçikalı futbolçu tibbi müayinədən keçmək üçün yaxın günlərdə Barselonaya yollanacaq.![]()