İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BDYP-dən yük avtomobillərinin sürücülərinə çağırış!

Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq.

5 baxış 3 dəq
Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən:
* yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;
* ara məsafəsini düzgün seçmələri;
* ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;
* yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;
* nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;
* iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;
* sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;
* hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.
Xəbəri paylaş Dostlarınıza göndərin