İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BDYPİ-dən çağırış: "Yolu keçəndə telefondan istifadə etməyin,ləngiməyin"

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat,

7 baxış 3 dəq

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Leqal Xəbər məlumat verir ki, bu barədə BDYPİ piyadalara çağırış edib.

Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Picture background

Xəbəri paylaş Dostlarınıza göndərin