İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini

4 baxış 3 dəq
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.
Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalı, ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etməlidirlər.
Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır.
Xəbəri paylaş Dostlarınıza göndərin