Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu

BDYPİ: Leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu

9 baxış 3 dəq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu düşəcəyi proqnozlaşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və nəqliyyat vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.

Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.

Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Xəbəri paylaş Dostlarınıza göndərin