İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb

Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib. Leqal Xəbər bildirir ki, bu barədə "Nova.rs" portalı məlumat yayıb. Bildirilib ki, JU134 reys nömrəli

9 baxış 3 dəq

Serbiyanın paytaxtı Belqraddan Rusiyanın paytaxtı Moskva istiqamətində uçan sərnişin təyyarəsi təhlükəsizlik səbəbindən geri qaytarılaraq "Nikola Tesla" hava limanına eniş edib.

Leqal Xəbər bildirir ki, bu barədə "Nova.rs" portalı məlumat yayıb.

Bildirilib ki, JU134 reys nömrəli təyyarə bu gün yerli vaxtla saat 18:48-də Belqraddan havaya qalxıb. Litvanın cənubuna çatdıqdan sonra ona geri qayıtmaq barədə göstəriş verilib.

"Nova.rs" portalının qeyri-rəsmi məlumatına əsasən, təyyarənin göyərtəsində Serbiyanın Sosialist Hərəkatının sədri Aleksandar Vulin, "Srbijagas" şirkətinin direktoru Duşan Bayatoviç və Serbiya Xalq Partiyasının (SNP) sədri Nenad Popoviç olub.

Portalın mənbəsinin bildirdiyinə görə, təyyarənin geri qaytarılması barədə göstərişi hava limanının korporativ təhlükəsizlik direktoru verib. Qərarın təhlükəsizlik səbəbləri ilə əlaqədar qəbul edildiyi iddia olunur.

"FlightRadar" platformasının məlumatına görə, təyyarə saat 22:00-dan bir qədər əvvəl Belqrada eniş edib.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Xəbəri paylaş Dostlarınıza göndərin