Leqal Xəbər məlumat verir ki, Türkiyədə aparılan narkotiklə bağlı istintaq əməliyyatı çərçivəsində daha 22 tanınmış şəxs saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında məşhur cütlük Beren Saat və Kenan Doğulu da yer alır. Həmçinin Enis Arıkan, Kerimcan Durmaz və Berdan Mardini kimi tanınmış simaların da istintaqa cəlb edildiyi bildirilir.
Qeyd olunur ki, Türkiyədə son dövrlərdə narkotiklə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirilir və bəzi məşhurlar ifadə verdikdən sonra sərbəst buraxılırlar.