İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

“Biletim.az” portalına daha bir funksiya əlavə olunub

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə “biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib. Yeni funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərl ər .

6 baxış 3 dəq

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə “biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib.

Yeni funksionallıq vasitəsilə vətəndaşlar səfər etmək istədiyi reys üzrə bilet almaq üçün axtarış etdiyi zaman, boş yer olmadığı təqdirdə bildiriş funksiyasını aktivləşdirə bilərlər. Beləliklə, həmin reys üzrə boş yer yarandığı təqdirdə, istifadəçiyə sistem üzərindən avtomatlaşdırılmış qaydada bildiriş göndəriləcək.

Bu, sərnişinlərin reyslər üzrə bilet əldə etmək imkanlarını asanlaşdırmağa və portalın istifadəsini daha da rahatlaşdırmağa xidmət edir.

Xatırladaq ki, bundan əvvəl portalda daha bir neçə funksionallıq istifadəyə verilib. Sərnişinlər şəxsiyyət vəsiqəsi məlumatlarını telefonla skan edərək məlumatları daha sürətli formada doldura bilərlər. Bu da bilet alışını daha tez həyata keçirməyə imkan verir.

İstifadəçi 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasport məlumatlarını portala əlavə etmək imkanı da əldə edib.

Vətəndaşlara “biletim.az” tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb.

Tətbiqə giriş zamanı “myGov ID ilə giriş” funksionallığı sayəsində isə istifadəçilər portala birbaşa və sürətli giriş imkanı əldə ediblər. Bunun sayəsində əvvəlcədən əldə edilən elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirməsi etmək mümkündür.

Xəbəri paylaş Dostlarınıza göndərin