Bakının Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində günlərdir isti suyun yola axdığı bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və sakinlər problemin hələ də aradan qaldırılmadığını deyirlər. Məlumata görə, artıq bir neçə gündür naməlum səbəbdən baş verən axıntının qarşısı alınmayıb. Sakinlər aidiyyəti qurumların məsələ ilə bağlı operativ tədbir görmədiyini qeyd edirlər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, əraziyə baxış keçirilib və yüksək temperaturda suyun axdığı təsdiqlənib. Qurumdan qeyd olunub ki, axıntının mənbəyini müəyyənləşdirmək üçün qazıntı işləri aparılacaq və problem aradan qaldırılacaq.
BİNƏQƏDİDƏ İSTİ SU PROBLEMİ
Bakının Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində günlərdir isti suyun yola axdığı bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və sakinlər problemin hələ də aradan qaldırılmadığını deyirlər. Məlumata görə, artıq bir neçə gündür naməlum səbəbdən baş verən axıntının qarşısı
8 baxış
3 dəq
