İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi

Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı bir sıra tədbirə ayrılmış vəsaitin böyük hissəsinin istifadəsiz qalacağı gözlənilir. Leqal Xəbər Oxu.az-a istinad edərək məlumat verir ki,

9 baxış 3 dəq
Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi

Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı bir sıra tədbirə ayrılmış vəsaitin böyük hissəsinin istifadəsiz qalacağı gözlənilir.

Leqal Xəbər Oxu.az-a istinad edərək məlumat verir ki, bu məqamlar Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Sənədə əsasən, palata əvvəlki rəyində sığorta ödənişləri alacaq şəxslərin sayı ilə bu məqsədlə tələb olunan vəsait üzrə artım proqnozlarının uyğun gəlmədiyini bildirmişdi. Lakin həmin qeydlər nəzərə alınmayıb. Beləliklə, 2025-ci ildə hesablanmış sığorta ödənişləri ilə müqayisədə daha az vəsait xərclənib. Hesabatlarda həmin il üçün nəzərdə tutulmuş 17 milyon manatın tam icra edildiyi göstərilib.

Bununla belə, ayrılmış məbləğ təyin olunmuş ödənişlərin tam verilməsinə kifayət etməyib. İl ərzində fondun büdcəsinə yenidən baxılması imkanından istifadə olunmaması vətəndaşlara vəsaitin tam ödənilməməsi ilə nəticələnib.

Rəydə ödənilməmiş məbləğin həcmi və neçə nəfəri əhatə etdiyi açıqlanmır.

Həssas qrupların məşğulluğunu dəstəkləyən bəzi istiqamətlərdə isə ayrılmış vəsaitlərin aşağı icrası müşahidə olunur. Belə ki, 2026-cı ildə kvotadan əlavə iş yerlərinin yaradılması, sosial müəssisələr və məqsədli proqramlar, həmçinin digər aktiv məşğulluq tədbirləri üçün ümumilikdə dörd milyon manat nəzərdə tutulub.

Rəydə bu istiqamətlər üzrə doqquz aylıq icra 400 min manat, yəni illik təyinatın 10 faizi kimi göstərilib. İlin sonunadək isə cəmi 1.4 milyon manatın və ya ayrılmış vəsaitin 35 faizinin xərclənməsi gözlənilir. Bu, nəzərdə tutulan məbləğin 2.6 milyon manatının istifadə olunmayacağı deməkdir.

Xüsusilə sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılması üzrə icra aşağıdır. Bu məqsədə ayrılmış bir milyon manatın doqquz aylıq icrası 8 min manat göstərilib. İlin sonunadək isə yalnız 25 min manatın, başqa sözlə, illik vəsaitin 2.5 faizinin xərclənəcəyi proqnozlaşdırılır. Həmin istiqamət üzrə 2025-ci ildə nəzərdə tutulmuş vəsait də istifadə edilməyib.

Buna baxmayaraq, 2027-ci ildə kvotadan əlavə iş yerlərinin yaradılmasına yenidən bir milyon manat ayrılması planlaşdırılır. Sosial müəssisələrin yaradılması və məqsədli proqramlara iki milyon manat, digər aktiv məşğulluq tədbirlərinə isə bir milyon manat nəzərdə tutulur. Beləliklə, bu istiqamətlər üzrə ümumi məbləğ dörd milyon manat səviyyəsində saxlanılır.

Hesablama Palatası əvvəlki illərdə də aşağı icranın müşahidə olunduğunu vurğulayaraq vəsaitin daha əsaslı planlaşdırılmasını və istifadəsini təmin edən mexanizmlərin təkmilləşdirilməsini zəruri sayır. Qurum sığorta ödənişləri üzrə də ayrılan vəsaitlə real tələbat arasında uyğunluğun təmin edilməsinin vacibliyini bildirir.

Xəbəri paylaş Dostlarınıza göndərin