İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında "Yubiley gecəsi"

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə "Yubiley gecəsi" adlı konsert proqramı təşkil olunub. Leqal Xəbər AZƏRTAC-a istinadən məlumat verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert

5 baxış 3 dəq
Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında "Yubiley gecəsi"

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə "Yubiley gecəsi" adlı konsert proqramı təşkil olunub.

Leqal Xəbər AZƏRTAC-a istinadən məlumat verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert proqramını izləyib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.

Gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri, Əməkdar artistlər və "Rast" qrupu tamaşaçılara musiqi nömrələri təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Latviyanın məşhur müğənnisi Layma Vaykule də yubiley konsertində səhnəyə çıxıb.

Tədbir çərçivəsində Azərbaycan Televiziyasının görkəmli aparıcıları televiziya və radio tarixindəki xatirələrini bölüşüblər.

Yubiley gecəsində AzTV-nin zəngin arxiv materialları əsasında hazırlanmış filmlər nümayiş olunub. Həmçinin televiziyanın tamaşaçıların yaddaşında iz qoymuş məşhur teletamaşalarından səhnəciklər təqdim edilib.

Möhtəşəm yubiley gecəsi Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin və Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə başa çatıb.


Xəbəri paylaş Dostlarınıza göndərin