İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bələdiyyə sədrləri saxlanıldı

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncer də daxil olmaqla, 59 şübhəli saxlanılıb. Leqalxəbər APA-ya istinadla xəbər verir ki, Mersin Respublika Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı

6 baxış 3 dəq

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncer də daxil olmaqla, 59 şübhəli saxlanılıb.

Leqalxəbər APA-ya istinadla xəbər verir ki, Mersin Respublika Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində səhər saatlarında eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı Mersin Böyükşəhər, Yenişəhər və Mezitli bələdiyyələrində, eyni zamanda şübhəli şəxslərin ünvanlarında axtarış aparılıb.

İstintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsində 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min lirə məbləğində dövlət zərərinin müəyyən edildiyi bildirilib.

Mezitli Bələdiyyəsində dövlət zərərinin 1 milyard 10 milyon 914 min lirəyə, Yenişəhər Bələdiyyəsində isə 105 milyon lirəyə çatdığı iddia edilib.

Bundan başqa, Mezitli Bələdiyyəsinin sədri Əhməd Serkan Tuncer barəsində silahlı cinayət təşkilatına rəhbərlik etmə ittihamı üzrə ayrıca araşdırma aparıldığı bildirilib. O, düşmənçilik münasibətində olduğu şəxslərin iş yerlərinə silahlı hücumlar təşkil etdirməkdə şübhəli bilinir.

Məlumata görə, silahlı hücumların hədəfləri arasında Yeni Partiyanın vilayət təşkilatının binası və “Çağın Medya” media qurumu da olub.

Xəbəri paylaş Dostlarınıza göndərin