İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Boşanmaq istəyən kişilərə pis xəbər

Boşanma hallarının artması fonunda tərəflərin hüquq və öhdəlikləri daha geniş müzakirə olunur. Xüsusilə kişilərin boşanma hüququna qoyulan məhdudiyyətlər cəmiyyətdə maraq doğuran məsələlərdən biridir. Bəs hansı hallarda kişi boşanma üçün müraciət edə bilmir? Vəkil Emil Aslanov bildirib ki, bu qayda

9 baxış 3 dəq
Boşanmaq istəyən kişilərə pis xəbər

Boşanma hallarının artması fonunda tərəflərin hüquq və öhdəlikləri daha geniş müzakirə olunur. Xüsusilə kişilərin boşanma hüququna qoyulan məhdudiyyətlər cəmiyyətdə maraq doğuran məsələlərdən biridir.

Bəs hansı hallarda kişi boşanma üçün müraciət edə bilmir?

Vəkil Emil Aslanov bildirib ki, bu qayda ailə hüququnda qoruyucu mexanizm kimi nəzərdə tutulub:

“Bu normanın əsas məqsədi qadının və yeni doğulmuş uşağın sosial və psixoloji baxımdan qorunmasını təmin etməkdir. Qadın hamilə olduğu müddətdə və uşaq bir yaşına çatana qədər ər birtərəfli qaydada boşanma iddiası qaldıra bilməz. Bunun səbəbi qadının artıq stress və emosional gərginlikdən uzaq saxlanılmasıdır. Əgər qadın nikahın pozulmasına razıdırsa, həmin halda məhkəməyə müraciət etmək mümkündür. Razılıq olmadığı təqdirdə isə məhkəmə iddianı icraata qəbul etmir. Qadın isə istənilən vaxt boşanma tələbi ilə məhkəməyə müraciət edə bilər və onun üçün belə bir məhdudiyyət tətbiq olunmur”.

Psixoloq Aysel Sərxanlı da qeyd edib ki, hamiləlik və doğuşdan sonrakı dövr qadın üçün emosional baxımdan həssas mərhələ hesab olunur:

“Bu dövrdə hormonal dəyişikliklər, yuxu rejiminin pozulması və ana roluna uyğunlaşma qadınlarda emosional dəyişkənliyə səbəb olur. Doğuşdan sonra bəzi qadınlarda depressiya riski artır və onlar mənəvi dəstəyə daha çox ehtiyac duyurlar. Belə bir zamanda boşanma məsələsinin gündəmə gəlməsi qadında ciddi psixoloji sarsıntı yarada bilər”.

Mütəxəssislərin fikrincə, bu kimi hüquqi məhdudiyyətlər ailə institutunun və ailə dəyərlərinin qorunmasına xidmət edir. Bununla yanaşı, hər ailənin vəziyyəti fərqli olduğundan, məsələlərə individual yanaşılması vacib sayılır.

Xəbəri paylaş Dostlarınıza göndərin