İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bolqarıstan sahillərində hücum: Azərbaycanlılar yaralanıb

Bolqarıstanın Qara dəniz sahilləri yaxınlığında ticarət gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Hadisə nəticəsində Azərbaycan və Ukrayna vətəndaşları xəsarət alıblar. Leqalxeber.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 13-də baş verən hadisə zamanı Maltanın bayrağı

9 baxış 3 dəq

Bolqarıstanın Qara dəniz sahilləri yaxınlığında ticarət gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum edilib. Hadisə nəticəsində Azərbaycan və Ukrayna vətəndaşları xəsarət alıblar.

Leqalxeber.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 13-də baş verən hadisə zamanı Maltanın bayrağı altında üzən “Chelsea 3” adlı ticarət gəmisi üç dronun hücumuna məruz qalıb. Gəmi Bolqarıstanın Bıla sahillərindən təxminən 15 dəniz mili məsafədə olub.

Məlumata görə, gəminin 15 nəfərlik heyətinin hamısı təxliyə edilərək Varna şəhərinə aparılıb. Heyət üzvlərindən 7-si Ukrayna, 8-i isə Azərbaycan vətəndaşı olub. Hücum nəticəsində xəsarət alan beş dənizçiyə tibbi yardım göstərilib.

Hadisədən sonra zədələnmiş gəmi heyətsiz vəziyyətdə dənizdə qalıb. İlkin məlumatlara əsasən, gəmi Türkiyənin Giresun limanından Rumıniyanın Giurgiuleşti limanına doğru hərəkət edirmiş. Yükün isə Moldova üçün nəzərdə tutulduğu bildirilir.

Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı açıqlama verərək ticarət gəmilərinə hücumu qəbuledilməz adlandırıb. Ölkədə dəniz təhlükəsizliyi ilə bağlı vəziyyətin müzakirəsi üçün təhlükəsizlik şurasının təcili iclasının keçirildiyi bildirilir.

Qeyd edək ki, bu hadisə Qara dənizdə ticarət gəmilərinə qarşı baş verən növbəti hücumdur. Oktyabrın 6-da da Bolqarıstanın iqtisadi zonasında iki ticarət gəmisi dron hücumuna məruz qalmış, onlardan biri batmış, digərində isə yanğın baş vermişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin