İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb. Leqal Xəbər "Qaynarinfo"ya istinadla məlumat verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə

8 baxış 3 dəq

Bərdə rayonunda musiqi məktəbində çalışan müəllimə G.R. sosial şəbəkədə bir kişini və ailə üzvlərini təhqir etdiyinə görə cəzalandırılıb.

Leqal Xəbər "Qaynarinfo"ya istinadla məlumat verir ki, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, G.R. "TikTok" sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşımlar və canlı yayımlar zamanı kişinin şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirib, onun keçmiş həyat yoldaşı və uşaqları barədə də təhqiramiz fikirlər paylaşıb.

Şikayətçi bildirib ki, G.R. uzun müddət onu şantaj edib, sosial şəbəkələrdə haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb, ailəsinin nüfuzuna xələl gətirib. Buna görə müəllimənin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

G.R. isə ittihamları qəbul etməyib. O, tərəflər arasında şəxsi münaqişənin olduğunu, Şahinin də onu narahat etdiyini iddia edib. Müəllimə həmçinin "TikTok" səhifələrini bağladığını bildirib və himayəsində iki azyaşlı uşağının olduğunu, onlardan birinin ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək məhkəmədən yüngül cəza istəyib.

Məhkəmə araşdırması zamanı sosial şəbəkədə yayılan görüntülər tədqiq edilib və G.R.-nın şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətməsi sübuta yetirilib. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlansa da, şikayətçi onun cəzalandırılmasında israr edib.

Məhkəmənin hökmü ilə G.R. 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin